Banklar bayram günləri gücləndirilmiş rejimdə işləyəcək | Banco.az

Banklar bayram günləri gücləndirilmiş rejimdə işləyəcək

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə bayram günlərində – 31 dekabr-4 yanvar tarixlərində Azərbaycan banklarının filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq. 

Məlumata görə, Yeni İl bayramı ilə əlaqədar qeyri-iş günlərində Azərbaycana əhəmiyyətli turist axınının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanının təmin edilməsi məqsədilə Palata banklara gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə edib. Bununla əlaqədar olaraq, 25 bankın Bakı və əsas turizm bölgələrində 59 filial və şöbəsi 31 dekabr-4 yanvar tarixlərində turistlər və ölkə sakinlərinə bank xidmətləri göstərəcək. Həmçinin, bəzi turizm obyektlərində valyuta mübadiləsi avtomatları quraşdırılıb.

O cümlədən, bayram günlərində MBNP-nın işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə bağlı maliyyə xidmətləri istehlakçıları Palatada yaradılmış qaynar xəttə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs - Rövşən Məmmədli (tel: 493-50-58 (daxili - 300); email:[email protected]).

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az