PASHA Holding Təlim və İnkişaf üzrə meneceri vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
İşin təsviri:
- Təlim planı daxilində yerli hədəf auditoriyaları üçün təlim ehtiyacları analizinin hazırlanması;
- Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
- Təlim və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsi;
- Əməkdaşların səmərəli giriş təlimatı proqramlarının təşkil edilməsində dəstəyin göstərilməsi;
- Şirkətdaxili və xarici təlimlərin təşkil olunması;
- Menecerlər ilə müzakirələr və sorğu anketləri vasitəsi ilə təlim proqresinin monitorinq və təhlili;
- Müxtəlif multimedia cihazlarından istifadə, e-təhsil və s. kimi vasitələr ilə tədris mərkəzlərindən kənarda təlim prosesinin qurulmasına (müəyyən edilməsinə) və yeni təlim imkanlarının yaradılmasına dəstəyin verilməsi;
- Çoxpilləli qiymətləndirmə sisteminin yaradılması və tətbiqi vasitəsilə əməkdaşların işinə treyninqin verdiyi töfhənin qiymətləndirilməsi;
- Təlimlərin idarəedilməsi sisteminin (LMS) dəstəklənməsində yardım;
- Ehtiyac yarandıqda müxtəlif məsələlər ilə bağlı layihələrdə aktiv iştirak;
- Nəticələrin əldə edilməsi üçün qərarların qəbulu zamanı üsul və texnikanın seçilməsi, eyni zamanda qiymətləndirmə meyarlarının tətbiq edilməsi;
- Treyninq təchizatçıları ilə, departament direktorları ilə və s. ünsiyyət qurmaq;
- İşçilərin treyninqlərə cəlb etmə və iştiraklarını təmin etmə məqsədi ilə güclü kommunikasiya strategiyasının qurulması.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- İnsan resurslarının idarəedilməsi üzrə və ya ona uyğun sahə üzrə bakalavr dərəcəsi;
- Təlim və inkişaf sahəsində minimum 5 il menecer olaraq iş təcrübəsi tələb olunur;
- İR sahəsində kvalifikasiyanın olması üstünlükdür;
- Daxili treyninq mərkəzi konsepsiyasının anlayışı;
- Layihələrin idarəedilməsi sahəsində iş təcrübəsi üstünlükdür;
- İnsanlarla bütün səviyyələrdə işləmək imkanı verən şəxsiyyətlərarası əlaqə bacarığı;
- Əməkdaşların aydın məlumatlandırılması və konsultasiya edilməsinə imkan verən yazılı və şifahi ünsiyyət qabiliyyəti;
- Problemlərin həll edilməsi və danışıqların aparılması bacarığı;
- Təşəbbüskar və yeni ideyalar təklif etmə bacarığı;
- Qoyulmuş tarixlərə və hədəflərə çatmaq üçün təşkilati və planlaşdırma bacarıqları.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
- CV [email protected]ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Qrup üzrə Təlim və İnkişaf meneceri ” qeyd olunmalıdır;
- CV-lər 19 yanvar, 2017-cı il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir.