Azərbaycan iki aya qızıl ehtiyatının 1/4-ni satıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan iki aya qızıl ehtiyatının 1/4-ni satıb

Azərbaycan bu ilin noyabr ayında qızıl ehtiyatının 2,97 tonunu yaxud 11,89%-ni satıb. Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) açıqladığı hesabatda deyilir.

Hesabata görə, dekabrın 1-nə Azərbaycanın qızıl ehtiyatları 22,015 tona düşüb. IMF-in açıqlamasında deyilir ki, oktyabrda isə Azərbaycan 4,2 ton qızıl satıb (14,39%) satıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hesabatına əsasən, sentyabrda Azərbaycanın qızıl ehtiyatları 30,170 ton olub. Həmin tarixə IMF-in göstəriciləri isə 29,182 ton qızılın olduğunu göstərir.

Mənbə: Report.az