Bu gün Azərbaycan milli valyutası - manatın ikinci kəskin devalvasiyasından bir il ötüb. Dünya bazarında neft qiymətlərinin kəskin azalmasından sonra Azərbaycan manatı iki dəfə devalvasiya ilə üzləşib. İlk devalvasiya 2015-ci il fevralın 21-də, ikinci devalvasiya isə həmin ilin dekabrın 21-də baş tutub. Sonuncu kəskin devalvasiya zamanı manat dpollara qarşı 47% ucuzlaşdırılıb və rəsmi məzənnə təxminən 1,05 AZN/USD-dən 1,55 AZN/USD-yə çatdırılıb.
Bundan sonra isə, ötən müddət ərzində manat daha 13,4% ucuzlaşıb. Ümumilikdə, manatın sabit məzənnə dövründən, yəni 0,7850 AZN/USD səviyyəsindən etibarən milli valyuta 124% və ya 2,24 dəfə ucuzlaşıb.
İlk devalvasiyadan sonra manat idarə olunan "üzən məzənnə" rejiminə keçib. Bu müddət ərzində rəsmi məzənnənin minimal həddi 25-26 may tarixlərində 1,49 AZN/USD səviyyəsində qeydə alınıb. Məzənnənin maksimal həddi isə bu günə olan 1,7575 AZN/USD-dir.
Aşağıdakı qrafikdə manatın dollarla müqayisədə 20 fevral 2015-ci ildən etibarən dəyişiklik trayektoriyası əksini tapıb.
Mənbə: Report.az