Ölkədə vergi amnistiyası elan oluna bilər | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Ölkədə vergi amnistiyası elan oluna bilər

Azərbaycanda vergi amnistiyası elan oluna bilər. Ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub.

Layihə sabah Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunacaq.

Sənədə əsasən, vergi amnistiyası 2017-ci ilin yanvarın 1-dək vergi borcu olan hüquqi və fiziki şəxslərə şamil olunacaq. Belə ki, qeyd edilən dövrədək vergi borcu olan şəxslər 2017-ci ilin yanvar ayında borcunun 30%-ini, fevral ayında 50%-ini, mart ayında isə 70%-ini ödəyərsə borcun qalıq hissəsi amnistiya olunacaq.

Layihə beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanıb.

Mənbə: APA.az