"Standard & Poor's" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) korporativ kredit reytinqini yenidən "BB" səviyyəsində təsdiq edib. Reytinq üzrə proqnoz isə "neqativ" kimi qiymətləndirilib.
"S&P" reytinq agentliyinin rəsmi veb-saytına istinadən verilən xəbərə görə, SOCAR-ın təmin olunmamış prioritet borcları üzrə reytinqi də "BB" səviyyəsinə təsdiqlənib. Reytinqlə bağlı hesabatı "S&P"-nin Moskva bürosu yayıb.
Mənbə: Report.az