Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin tədavül müddəti 91 gün olan 10 mln. manatlıq (AZ0101024518) dövlət istiqrazları üzrə hərrac keçirilib.
Bu barədə nazirliyə istinadən xəbər verilir.
Məlumata görə, hərraca investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 25,7 mln. manat təşkil edib.
Dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 95,7791 manat (gəlirlilik 17,8724%) səviyyəsində müəyyən edilib.
Qiymətli kağızların ödəmə tarixi 14 mart 2017-ci ildir.
Mənbə: Report.az