Azərbaycan İpoteka Fondu açıq tender elan edib | Banco.az

Azərbaycan İpoteka Fondu açıq tender elan edib

“Azərbaycan İpoteka Fondu” ASC bir sıra informasiya sistemləri, server və şəbəkə avadanlıqlarına 2017-ci ildə dəstək xidmətlərinin satın alınması ilə bağlı üç lot üzrə açıq tender elan edib. 

Fondun Satınalmalar Komissiyasından verilən xəbərə görə, lot-1 üzrə onlayn ödənişlərin təmin edilməsi üzrə İnformasiya Mübadiləsi Moduluna dəstək xidməti, lot-2 üzrə “Elektron İpoteka Sistemi”nə dəstək xidməti və lot-3 üzrə avtomatlaşdırılmış Baş Muhasibat Uçotu Sisteminə dəstək xidməti satınalmaya çıxarılıb.

Ən sərfəli kredit üçün müraciət et

Hər üç lot üzrə iştirak haqqı 100 manatdır. Tender üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 2017-ci il yanvarın 11-i saat 18:00-dək, tələb olunan digər sənədlər isə 2016-cı il dekabrın 20-i saat 18:00-dək “Azərbaycan İpoteka Fondu” ASC-nin Bakı şəhəri, Bül-bül prospekti,40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcək.

Tender zərfləri 2017-ci il yanvarın 12-də saat 15:00-da “Azərbaycan İpoteka Fondu” ASC-nin inzibati binasında açılacaq.

Mənbə: Report.az