Bank Hüquqşünas axtarır! | Banco.az

Bank Hüquqşünas axtarır!

Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.

Digər Bank vakansiyalarına baxmaq üçün buraya daxil olun.

Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik.  Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişdir.

Ölkənin aparıcı banklarından biri olan Unibank Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edib.

Başlıca öhdəliklər və məsuliyyətlər

Ən sərfəli kredit üçün müraciət et

• Bankı Məhkəmə qərarlarının icrası şöbələrində təmsil etmək.
• Məhkəmə qərarı çıxmış işlər üzrə borclulardan bankın xeyrinə qət edilmiş məbləğin alınması ilə bağlı lazımi işlərin görülməsi.
• Sənədlərin tərtibi, təhlili və ekspertizası.

Namizədin Profili

• Ali hüquqi təhsil ;
• Yaş həddi 22-35;
• Stajından asılı olmayaraq məhkəmələrlə iş sahəsində təcrübəyə malik olanlara üstünlük verilir;
• Hərbi xidməti bitirənlərə və ya xidmətdən möhlət hüququ olanlara üstünlük verilir;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Məsuliyyətlilik;
• Ünsiyyət qurmaq bacarığı;
• Sərbəst işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə 02.01.2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Hüquqşünas) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et