OPEC ölkələrinin hasilatı azaltmaq barədə qərarı neft bahalaşdırır | Banco.az

OPEC ölkələrinin hasilatı azaltmaq barədə qərarı neft bahalaşdırır

Dünya birjalarında neft bahalaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,39 dollar artaraq 49,83 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 4,09 dollar artaraq 50,47 dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Neftin, xüsusilə də Brent neftinin 9%-lik bahalaşmasına OPEC ölkələrinin hasilatı azaltmaq barədə qərarı səbəb olub.

Mənbə: Apa.az