Azərbaycanın bank, tikinti, neft və ticarət sektorundan vergi daxilolmaları üzrə ciddi azalma var. Bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
S.Ələkbərovun sözlərinə görə, idman-mərc oyunları sahəsində vergidən yayınanlar çoxdur: "Ötən dövr ərzində 105 mindən çox yeni vergi ödəyicisi qeydə alınıb. Onların 20 mindən çoxu hüquqi şəxslərdir".
Nazir müavini deyib ki, nağdsız ödənişlərlə bağlı hökumətə təkliflər verilib: "Bu, çox ciddi vergi bazasıdır. Biz 2011-ci ildə də bununla bağlı təkliflər irəli sürmüşdük. Amma deyim ki, çox ciddi müqavimət var".
Mənbə: Report.az