Nazir müavini: “2017-ci ildə ÜDM 1%, növbəti illərdə isə 2%-dən çox artacaq” | Banco.az

Nazir müavini: “2017-ci ildə ÜDM 1%, növbəti illərdə isə 2%-dən çox artacaq”

2017-ci ildə Azərbaycanda ÜDM 1%, növbəti illərdə isə orta hesabla 2%-dən çox artacaq. Bunu Milli Məclisin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsində iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib. 

Ən sərfəli kredit üçün müraciət et

“Beynəlxalq Valyuta Fondunun hazırladığı proqnozlara görə, 2017-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4% artacaq. Bu, bizim proqnozdan yüksəkdir. Gələn il hasilatın aşağı salınması nəticəsində neft sektorunun 2,1% azalacağı nəzərdə tutulur. Ölkə iqtisadiyyatının prioritet istiqaməti olan qeyri-neft sektorunun artımı 2,5%, növbəti illərdə isə orta hesabla 2%-dən yuxarı proqnozlaşdırılıb”, - deyə nazir müavini vurğulayıb.  

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et