Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102023519 ISIN kodlu, 182 gün tədavül müddətli, 20 mln. manat həcmində dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 7 investor tərəfindən 14 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 35 011 500 manat təşkil edib.
Sifarişlər 90,9779 manat (19,9979%)-92,6500 manat (15,9976%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 91,5970 manat (18,4998%), ortaölçülmüş qiyməti 91,7602 manat (18,1082%) təşkil edib.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 20 mln. manat olub. İstiqrazların ödəmə tarixi 30 may 2017-ci ildir.
İstiqrazların tədavül müddəti 182 gündür.
Mənbə: Report.az