Bütün dünyada olduğu kimi Azərbaycanda da nağdsız əməliyyatlara maraq artmaqda davam edir. Bu da paralel olaraq, plastik kartlara olan təlabatı artırır. Hal-hazırda bütün banklar müştərilərinə plastik kartdan istifadə imkanını təqdim edir. Lakin faiz qazandıran plastik kartlar isə sadəcə 4 bank tərəfindən təqdim olunur.
Faiz qazandıran debet kartları digərlərindən fərqləndirən əsas xüsusiyyət, bu kartlara yerləşdirilən məbləğə (qalıq məbləğ) faizlərin gəlməsidir.
Bu kartlar debet kart növünə daxildir və eyni zamanda depozit imkanlarını da təqdim edir.
Qeyd edək ki, bu kartlarla debet karlarda olduğu kimi mal və xidmətlər üzrə ödənişlər edə, nağdlaşdırma əməliyyatı apara, dünyanın istənilən nöqtəsində və internet vasitəsilə ödənişlər apara bilərsiniz.
Bu gün müqayisə edəcəyimiz iki kart AccessBank – myCard və Unibank – Albalı Plus Debet kartlarıdır.
Xüsusiyyətlər |
myCard |
Albalı Plus Debet |
Kartın valyutası |
AZN / USD / EUR |
AZN / USD |
Faiz hesablanması üçün minimal məbləğ |
500 AZN / USD |
Minimal limit yoxdur |
Kartın müddəti |
3 il |
3 il |
Müsbət qalığa hesablanacaq faiz dərəcəsi |
AZN - 5% |
AZN - 6%-ə dək1 |
USD - 1% |
USD - 0,5% |
|
Nağdlaşdırma komissiyası |
AccessBankın ATM-lərində 0% |
Unibank ATM-lərində 0% |
Digər banklar ATM-ləri 1,5%, min 2 AZN |
Digər bankların ATM-ləri 1.5%, min 3.5 AZN /USD |
|
Mədaxil |
Cash-in aparatı Kassa |
Cash-in aparatı Kassa Mobil Banking Unibank Mobile |
Cash-back xidməti |
Partnyor şəbəkədə 12%-dək |
Partnyor şəbəkədə 20%-dək Qeyri Partnyor şəbəkədə - 0,3% |
Cash-back Partnyor sayı |
83 | |
3D secure |
Var |
Var |
İnternet-Bankinq |
1 illik pulsuz |
Pulsuz |
SMS-Bankinq |
1 illik pulsuz |
3 ay pulsuz2 |
Kartın dəyəri |
20 AZN |
10 AZN / USD3 |
Siz Albalı Plus Debet kartına sahib olmaqla, Mobil Banking xidmətindən də pulsuz yararlana bilərsiniz.
1. "Albalı Plus Debet" kartına faizlərin hesablanması
2. Sms banking xidməti hal-hazırda 3 ay müddətinə (28.02.2017 ci il tarixə qədər) pulsuzdur.
3. Aksiya çərçivəsində 08.02.2017 tarixinədək Albalı Plus debet standart kartını 3 AZN/USD-yə əldə edə bilərsiniz.
Qeyd edək ki, "Albalı Plus” debet karıtnın Standart (10 AZN/USD), Gold (30 AZN/USD), Platinium (60 AZN/USD) və Contactless - Təmassız (12 AZN/USD) növlərini də sifariş etmək mümkündür.