Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Mərkəzi Bankının (AMB) hər birinin nominal dəyəri 100 manat olan 750 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100552S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verilir.
Qeyd edək ki, sözügedən notların tədavül müddəti 28 gündür.
Mənbə: Report.az