Dolların indeksi daha da yüksələ bilər | Banco.az

Dolların indeksi daha da yüksələ bilər

Dollar indeksi (US Dollar İndex, DXY) 101,94 bəndə yüksələrək son 13 ilin maksimal həddinə çatıb. Bu indeksi ABŞ dollarının 6 əsas ticarət tərəfdaşı olan ölkələrin valyuta səbəti ilə müqayisədə məzənnəsi kimi qəbul edilir. Bu valyutalar - Yaponiya yeni, Britaniya funtu, Kanada dolları, İsveç kronu, İsveçrə frankı və avrodur. Dollar indeksinin ABŞ iqtisadiyyatından gələn müsbət göstəricilər fonunda dolların möhkəmlənməsi nəticəsində yüksəldiyi bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Dollar indeksinin qarşıdakı günlərdə daha da yüksələcəyi ehtimal edilir. Xatırladaq ki, DXY indeksinin maksimal səviyyəsi 1985-ci ildə (164,7), minimal səviyyəsi isə 2008-ci ildə (70,7) səviyyəsində qeydə alınıb.

Mənbə: Report.az