Bank dizayner axtarır! | Banco.az

Bank dizayner axtarır!

Rabitəbank "Dizayner" vəzifəsi üzrə vakansiya elan edib.

Vəzifə üzrə əsas fəaliyyət ibarətdir:

  • Reklam broşurlarının, plakatların, posterlərin, stendlərin, banerlərin (flaş baner) dizaynının hazırlanması;
  • WEB səhifənin dizaynının yaradılması, elementlərinin saytda yerləşdirilməsi;
  • Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərinin zamanında və yüksək keyfiyyətdə həyata keçirilməsi;
  • Bankın  korporativ  «brandbook»-una  əsaslanaraq bütün  dizayn  işlərinin və təqdimatların  hazırlanmasının  həyata  keçirilməsi;
  • Bankın  intranet, websayt  və  digər  sosial şəbəkələrdəki rəsmi səhifələrini korporativ imicə  uyğun olaraq dizayn eskizlərinin həyata keçirilməsi;
  • Filialların eksteryer və interyer dizayn eskizlərinin hazırlanması;                               
  • Küçə və fasad reklamının dizayn işlərinin (pilonlar, asmalar) eskizlərinin hazırlanması.                                        

Namizədə olan tələblər:

  • Ali təhsil (arzuolunandır);
  • Azı 2 il bu sahə üzrə  iş təcrübəsinin olması;
  • Adobe Photoshop, Adobe Illustrator, CorelDraw, HTML/CSS proqramları peşəkar səviyyədə bilməsi (Flaş proqramını bilməsi arzuolunandır);
  • GİF formatında işləmək bacarığı;
  • Banerlərin yaradılması bacarığı;
  • Fərdi və komanda şəklində işləmə bacarığı;
  • Maraqlı və kreativ ideyalara malik olması;
  • Məsuliyyətlilik, operativlik, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
  • İngilis dili bilən namizədlərə üstünlük verilir.

Əlavə Məlumat: 

Ən sərfəli kredit üçün müraciət et

  • İstirahət günləri: şənbə və bazar günləri;
  • Əmək haqqı (vergilər daxil olmaqla): 600-700 AZN (namizədin iş təcrübəsindən asılı olaraq);
  • Namizədlə 6 ay müddətinə müvəqqəti müqavilə bağlanacaqdır.     

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz CV-lərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.

Vakansiya ilə əlaqədar müraciət edən şəxslərin qeyd edilən e-mail ünvanına CV ilə birlikdə öz portfoliolarını da göndərmələri mütləqdir.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır.

Əlaqə vasitələri:

E - mail :  career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33