"Fitch" agentliyi ABB-nin kredit reytinqini təsdiq edib | Banco.az

"Fitch" agentliyi ABB-nin kredit reytinqini təsdiq edib

"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) emitentin uzunmüddətli defolt reytinqini "BB" səviyyəsində, reytinq üzrə proqnozu isə "neqativ" olaraq təsdiqləyib. Agentlik Bankın dayanıqlılıq reytinqini isə "b-"-dən "f"-ə endirib.

"Fitch" ABB-nin kredit reytinqini onun Azərbaycana verdiyi müstəqil reytinqə bərabər tutub və bu addımı zəruri olduğu hallarda Azərbaycan hökumətinin ABB-yə dəstək verəcəyi ilə əsaslandırıb. "Neqativ" proqnozun isə Azərbaycanla bağlı proqnozu əks etdirdiyi bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Agentlik qeyd edir ki, ABB-nin dayanıqlılıq reytinqinin azaldılması Bankın uğursuz fəaliyyəti ilə bağlıdır. Belə ki, 2016-cı ilin I rübündə qeyri-sağlam aktivlərin başqa qurum tərəfindən alınması çox böyük kapital kəsirinin mövcud olduğunu ortaya çıxarıb. Agentlik Bankın kredit reytinqini 2016-cı ilin mart ayında qiymətləndirəndə onun zərərli aktivlərinin 3 mlrd. manat həcmində transferi nəzərdə tutulmuşdur, ilk yarımillikdə Bank tərəfindən təqdim olunan hesabatda isə rəqəmin 10 mlrd. manata yüksəldiyi aşkarlanıb.

Mənbə: Report.az