Azərbaycanın bank sektoru ilin 9 ayını 444 mln. manat zərərlə başa vurub | Banco.az

Azərbaycanın bank sektoru ilin 9 ayını 444 mln. manat zərərlə başa vurub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının nəcmu xalis mənfəəti 129,335 mln. manat, xalis zərəri isə 572,848 mln. manat təşkil edib. Bununla da ümumilikdə bank sektoru bu ilin ilk 9 ayını 443,512 mln. manat zərərlə başa vurub.

Ən sərfəli kredit üçün müraciət et

Bütün zərərin 322,804 mln. manatı "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (72,78%), qalan 120,708 mln. manatı (27,22%) isə digər 31 bankın payına düşüb.

Mənbə: Report.az