“Bank BTB” ASC 2016-cı ilin 3-cü rübünə olan olan maliyyə göstəricilərini açıqlayıb.
Banco.az xəbər verir ki, cari ilin 30 sentyabrında bankın cəmi aktivləri 237 mln. 290 min manat olub.
Bankın aktivləri ARTIB.
Bankın aktivləri bu ilin 2-ci rübü ilə müqayisədə təqribən 31%, 1-ci rübü ilə müqayisədə isə 32% artıb.
Qeyd edək ki, bankın ümumi aktivləri keçən ilin yekununda 211 mln. 49 min manat olub.
Sözügedən dövrdə bankın kredit portfeli 146 mln. 907 min manat olub. Müştərilərə verilən kreditlərin həcmi 2-ci rüb ilə müqayisədə təqribən 57 mln. manat artıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə bankın kredit portfeli 2 dəfədən çox artıb.
2016-cı ilin 3-cü rübündə bankda müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi 53 mln. 780 min manat olub.
Cari ilin 2-ci rübündə isə bu göstərici 58 mln. 565 min manat idi.
Bankın kapitalı azalıb.
Bu ilin sentyabr göstəricilərində bankın cəmi kapitalı 39 mln. 336 min manat olub. Ötən ilin yekunu ilə müqayisədə kapitalda təqribən 12 mln. azalma müşahidə olunub.
Bankın xalis mənfəəti bu ilin üçüncü rübü üçün 1 mln. 963 min manat, bu ilin ilk doqquz ayı ərzində isə 12 mln. 361 min manat olub.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC (lisenziya №254) hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir. Bura istehlak və biznes kreditləri, əmanətlər, hesablaşma-kassa əməliyyatları, plastik kartlarla əməliyyatlar, kommunal və rabitə xidmətlərinin ödənişi, yerli və beynəlxalq pul köçürmələri və s. daxildir.