Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
İndiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 690,885 mln. manat ödənilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,786 mln. manat, “Zaminbank” ASC - 52,256 mln. manat, “Kredobank” ASC - 27,005 mln. manat, “Dekabank” ASC - 3,021 mln. manat, “Atrabank” ASC - 14,193 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,88 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,147 mln. manat, “Gəncəbank” ASC - 975 min manat, “Texnikabank” ASC - 120,08 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 404,535 mln. manat kompensasiya alıblar.
Mənbə: Report.az