Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 6 317,1 min ton xam neft hasil olunub.
Bu göstərici ötən ilin 10 ayı ilə müqayisədə 8,6% azdır.
Bu ilin 10 ayında neft hasilatının 641,3 min tonu oktyabr ayının payına düşüb. Bu ilin oktyabr ayında SOCAR üzrə neft hasilatı ötən ilin müvafiq ayı ilə müqayisədə 7,7% azdır.
Ötən ay SOCAR üzrə neft hasilatı isə sentyabr ayı ilə müqayisədə 3,7% çoxdur.
Mənbə: Report.az