"AccessBank"ın depozit portfeli artıb | Banco.az

"AccessBank"ın depozit portfeli artıb

"AccessBank ASC" 2016-cı ilin yanvar-sentyabr ayına olan maliyyə göstəricilərini açıqlayıb.

Banco.az xəbər verir ki,  cari ilin 9 ayı ərzində bankın cəmi aktivləri 1 mlrd. 54 mln. 89 min manat olub.

Qeyd edək ki, 2015-ci ilin yekununda bankın aktivləri 1 mlrd. 188 mln. 797 min manat idi.

Ötən ilin eyni dövründə isə bankın ümumi aktivləri  1 mlrd. 093 mln. 891 min manat təşkil edirdi.

Sözügedən dövrdə bankın xalis kreditlərinin həcmi 615 mln. 973 min manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

"AccessBank ASC"-nin 2016-cı ilin sentyabr göstəricilərinə əsasən bankın depozit portfeli keçən ilin eyni dövrü ilə müqayisədə 5,6% artaraq 269 mln. 117 min manat olub.

2015-ci ilin yekununda isə bankın deposit portfeli 279 mln. 813 min manat idi.

Bankın cəmi kapitalı 84 mln. 30 min manat təşkil edib.

Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) QSC 29 oktyabr 2002-ci ildə Bakıda fəaliyyət göstərməyə başlayıb. 8 sentyabr 2008-ci il tarixindən Bank adını dəyişdirərək öz fəaliyyətini "AccessBank" olaraq davam etdirməyə başlayıb. Bank qısa müddət ərzində sürətlə inkişaf edib və nəticədə böyük nailiyyətlər əldə edib.