Azərbaycanda büdcə kəsirinin ÜDM-ə nisbəti azalıb | Banco.az

Azərbaycanda büdcə kəsirinin ÜDM-ə nisbəti azalıb

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 12 103,9 mln. manat, xərcləri 12 468,2 mln. manat təşkil edib.

Bu barədə Maliyyə nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən xəbər verilir.

Büdcənin icrasında 364,3 mln. manatlıq və ya ümumi daxili məhsulun 0,7%-i qədər kəsir yaranıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2016-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri 10 103,1 mln. manat, xərcləri 10 622,2 mln. manat təşkil edib, büdcənin icrasında 519,1 mln. manatlıq və ya ÜDM-in 1,2%-i qədər kəsir yaranıb.

Mənbə: Report.az