Bu ilin oktyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 11 806 yeni abonent qeydiyyata alınıb.
SOCAR-a istinadən xəbər verilir ki, yeni abonentlərin 3 447-si Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 8 359-u isə regionların payına düşüb. Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 967 128-ə çatıb. Oktyabrda əhali sektoru üzrə 199,923 mln. kubmetr həcmində təbii qaz satılıb, ödəniş səviyyəsi 107,83% olub.
Noyabrın 1-i tarixinə olan məlumata görə, əhali sektoru üzrə 132 877 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, qeyri-əhali sektoru üzrə 382 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.
Mənbə: Report.az