Azərbaycan Beynəlxalq Bankı 200 milyon dollardan çox sindikatlaşdırılmış kredit cəlb edib | Banco.az

Azərbaycan Beynəlxalq Bankı 200 milyon dollardan çox sindikatlaşdırılmış kredit cəlb edib

“Azərbaycan Beynəlxalq Bankı”ASC 200,000,000 ABŞ dolları həcmindən çox sindikatlaşdırılmış kreditin cəlb olunmasını uğurla başa çatdırıb. Saziş üzrə ilkin təşkilatçılar Citibank, Credit Suisse A.G. London Branch (“Credit Suisse”), Emirates NBD Capital Limited (“ENBD”) və J.P. Morgan banklarıdır. Citibank Europe plc  bu əqdin koordinator və agenti, J.P.Morganisə buraxılış agenti kimi çıxış edib.

Sazişə12 maliyyə qurumu qoşulub. Bazara150 milyon ABŞ dolları həcmində sindikasiya krediti üçün tələb göndərilsə də, bazar iştirakçılarının bu cəlbetməyə marağı 200 milyon ABŞ dollarını keçib. Bu da Azərbaycan Beynəlxalq Bankı rəhbərliyin dəkidəyişikliklərdən sonra Bankın beynəlxalq maliyyə bazarlarına güclü dönüşü kimi xarakterizə olunur. Beləki, bu, 2015-ci ilin aprel ayından bəri ABB-nin cəlbetdiyi ilk sindikasiya kreditidir.

Kredit sazişi birillik müddətə razılaşdırılıb. Cəlb olunmuş vəsaitin ümumi korporativ məqsədlərə, xüsusilə ticarət yönümlü layihələrə yönəldilməsi planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu gün Azərbaycandakı ümumi bank aktivlərinin 37.9%-i, müştəri kreditlərinin 32.5%-i, ümumi bank əmanətlərinin isə 26.5%-dən çoxu məhz Azərbaycan Beynəlxalq Bankına məxsusdur.

35 filiala və 43 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Bizi facebook səhifəmizdən də izləyin

Ən sərfəli krediti almaq üçün müraciət et