"Alfa Sığorta"nın icbari sığorta portfeli İSB-yə ötürülür | Banco.az

"Alfa Sığorta"nın icbari sığorta portfeli İSB-yə ötürülür

Ləğvetmə prosesində olan "Alfa Sığorta" ASC-nin icbari sığorta müqavilələri "İcbari sığortalar haqqında" qanunun tələbinə uyğun olaraq tənzimlənmə üçün İcbari Sığorta Bürosuna (İSB) ötürüləcək. Bunu Şirkətin Ləğvetmə Komissiyasından bildiriblər.

Məlumata görə, indiyə qədər baş vermiş sığorta hadisələri üzrə ödənişlərin verilməsi və qüvvədə olan müqavilələr üzrə gələcəkdə yarana biləcək öhdəliklərin icrası İSB tərəfindən həyata keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

"Alfa Sığorta"nın könüllü sığorta müqavilələrinə isə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilməsi qərara alınıb. 

Mənbə: Report.az

Bizi facebook səhifəmizdən də izləyin