"Turanbank" ASC-nin səhmdarlarının 14 oktyabr 2016-cı il tarixli qərarı ilə Bankın idarəetmə orqanlarının tərkibində dəyişikliklər edilib. Bu barədə "Turanbank"dan bildirilib.
Məlumata görə, Bankın İdarə Heyətinin (İH) sədri vəzifəsini icra edən Nazim Sadıqov "Turanbank"ın Müşahidə Şurasına (MŞ) üzv seçilib, 2011-ci ildən MŞ-nin üzvü olan Rauf Kazımov isə İH-nin sədri vəzifəsinə təyin olunub.
Eyni zamanda, İH sədrinin müavini Fəzail Musayev İH sədrinin birinci müavini vəzifəsinə gətirilib.
Mənbə: Report.az