"Azərbaycan İpoteka Fondu" tender elan edib | Banco.az

"Azərbaycan İpoteka Fondu" tender elan edib

“Azərbaycan İpoteka Fondu” ASC (AİF) “Elektron ipoteka” sisteminin “Elektron hökumət” portalına inteqrasiyası ilə bağlı xidmətlərin satın alınmasına dair açıq tender keçirir. Bu barədə AİFə istinadən xəbər verir. 

Məlumata görə, tenderdə iştirak haqqı 150 manatdır. Tender üzrə ilkin sənədlər bu il dekabrın 15-dək, tender zərfləri isə dekabrın 23-dək Cəmiyyətin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək. 

Ən sərfəli kredit üçün müraciət et

Tender təkliflərinə dekabrın 26-ı, saat 15:00-da sözügedən ünvanda baxılacaq. 

Mənbə: Report.az

Bizi facebook səhifəmizdən də izləyin