Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış şəxslərin sayı 407-yə çatıb | Banco.az

Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış şəxslərin sayı 407-yə çatıb

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, 7 noyabr tarixinə vergi borcu olduğuna görə 407 şəxsin ölkədən çıxması qadağan edilib.

Ümumilikdə bu şəxslər arasında xarici ölkələrin 5 vətəndaşı da var.

Ən sərfəli kredit üçün müraciət et

Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.

Mənbə: Apa.az

Bizi facebook səhifəmizdən də izləyin