«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla,
“Atəşgah” Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hazırda şirkətdə 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.
Anderraytinq və Təkrarsığorta şöbəsinin Mütəxəssisi
Namizədə tələblər
• Yaş: 22-35
• Cinsi: kişi və ya qadın
• Təhsil: Ali tibb təhsili mütləqdir
• İş təcrübəsi: vacib deyil
• Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı)
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
Şəxsi keyfiyyətlər
• Ünsiyyət qurmaq bacarığı
• Yüksək nitq mədəniyyəti
• Xoş xarici görüş
• Yüksək təqdimat bacarığı
Əsas vəzifə öhdəlikləri
• Satış bloklarından daxil olan sorğuların cavablandırılması
• Tibbi və həyat sığortası üzrə portfelin analizlərinin aparılması
• Risklərin qiymətləndirilməsi və təkliflərin hazırlanması
• Yeni sığorta qaydalarının, şərtlərin hazırlanması
• Sığorta məhsullarının hazırlanmasında iştirak
İş şərtləri
• Əmək müqaviləsi;
• İş vaxtı 09:00 - 18:00;
• İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir);
• Sabit əmək haqqı müsahibə əsasında.
Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək və ali tibbi təhsil mütləqdir,əks halda namizədliyinizə baxılmayacaqdır )
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.