Azərbaycanda maliyyə bazarının inkişafı ilə bağlı yeni qanun layihələri hazırlanıb, bəzilərinin üzərində isə iş aparılır. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.
Onun sözlərinə görə, layihələrdən biri problemli bankların idarə edilməsi, vaxtı keçmiş kreditlərin restruktizasiyası ilə bağlıdır: "Bu qanun layihəsi ilə bağlı müzakirələr yaxın vaxtlarda başlayacaq".
Bundan başqa, R.Aslanlı qeyd edib ki, maliyyə bazarının tənzimlənməsi və nəzarətlə bağlı qanun layihəsi üzərində isə iş artıq başa çatdırılıb. Palata həmçinin kredit təminatı mexanizmlərini özündə əks etdirən qanun layihəsi üzərində işə başlamağa hazırlaşır. Eyni zamanda, daşınar əmlakın girovluğu ilə bağlı layihə üzərində iş gedir.
Mənbə: Report.az