Artıq bankların qiymətli metallar və qiymətli daşlarla əməliyyatlarına nəzarəti Mərkəzi Bank aparmayacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Artıq bankların qiymətli metallar və qiymətli daşlarla əməliyyatlarına nəzarəti Mərkəzi Bank aparmayacaq

Azərbaycanda bankların qiymətli metallar və qiymətli daşlarla əməliyyatlarına nəzarət edən orqan dəyişir.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunun 16.3-cü maddəsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, bankların qiymətli metallar və qiymətli daşlarla əməliyyatlarına nəzarət bank nəzarəti çərçivəsində qanunla müəyyən edilmiş qaydada maliyyə bazarlarına nəzarət orqanı (Maliyyə Bazarlarına Nəzarət Palatası) tərəfindən həyata keçiriləcək.

Maddənin hazırda qüvvədə olan variantına görə, bu səlahiyyət Mərkəzi Banka aiddir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 11-də müzakirəyə çıxarılacaq. 

Mənbə: APA.az