Lisenziyası ləğv olunmuş "Bank Standard" QSC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Bankın "8-ci" və "Mərdəkan" filiallarının əmanətçilərinə, eləcə də borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə müraciət edib.
Məlumata görə, müraciətdə deyilir ki, bu gündən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti,54 ünvanında yerləşən “8-ci” filial, eləcə də Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Xəzər rayonu, Sergey Yesenin küçəsi,10A ünvanında yerləşən “Mərdəkan” filialı "Bank Standard"ın Bakı şəhəri, Azərbaycan prospekti,4 ünvanında yerləşən baş ofisinə köçürülüb.
Mənbə: Report.az