Dünyanın ən qədim bankı işçilərini ixtisara salır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Dünyanın ən qədim bankı işçilərini ixtisara salır

Dünyanın fəaliyyətdə olan ən qədim bankı olan "Monte dei Paschi di Siena" (İtaliya) gəlirlərini artırmaq məqsədilə 2 600 işçisini ixtisara salmağa və yüzlərlə filialını bağlamağa qərar verib. Adıçəkilən bank Avropanın ən problemli bankı hesab edilir. Avropada iyulda həyata keçirdiyi "Tuscan" stress-testinin nəticələri göstərib ki, belə bir addım qarşıdakı 3 il ərzində personal xərclərini 10%, filialların sayını isə 500-dək azaltmağa imkan verəcək.

Qeyd edək ki, "Monte dei Paschi di Siena" bankının gəlirlərin artırılması ilə bağlı açıqladığı plan Bankın 6 həftə bundan əvvəl seçilən baş icraçı direktoru Marko Morellinin bankın yenidən kapitallaşması ilə bağlı ilk addımıdır. Yeni ssenariyə görə, Bank 2019-cu ilin sonuna qədər xalis gəlirini 1,1 mlrd. avroya, kapitalın rentabelliyini 11%-ə, xərclərin gəlirlərə nisbəti əmsalını isə 55%-ə çatdırmaq nityyətindədir.

Mənbə: Report.az