Amerika fond bazarında Dow Jones indeksi 0,09% - 18 145,71 bəndədək, S&P 500 0,01% - 2 141,16 bəndədək azalıb, NASDAQ 0,30% - 5 257,40 bəndədək artıb.
"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,09% - 7 020,47 bəndədək azalıb, Almaniya DAX-ı 0,09% - 10 710,73 bəndədək artıb, Fransa CAC-40-ı isə 0,09% - 4 536,07 bəndədək bahalaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 0,20 dollar bahalaşaraq 1 267,70 dollar, gümüş isə 0,02 dollar azalaraq 17,53 dollara satılıb.
Mənbə: APA.az