Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının təkrar bazarda alqı-satqısı üzrə 3 əqd bağlanılıb. Bu barədə BFB verir.
Məlumata görə, əqdlərdən biri 1769 istiqrazın realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızlar nominal dəyərinə (1 000 ABŞ dolları) əldə edilib. Digər 2 əqdin hər biri isə 1 istiqrazın alınıb-satılması ilə bağlıdır. Bu istiqrazlar nominal dəyərindən 0,05% çox, 1000,5 dollar ödəniş müqabilində sahibini dəyişib. Ümumilikdə təkrar bazarda 1771 istiqraz satılıb.
Xatırladaq ki, SOCAR istiqrazları təkrar bazara oktyabrın 17-dən çıxıb. Hazırda dövriyyədə SOCAR-ın 100 min istiqrazı var. Onların illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödənilir.
Mənbə - Report