Bakı, 3 oktyabr 2016-cı il. Azərbaycanın ən iri banklarından biri – PAŞA Bank, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birlikdə “Mən - PAŞA Bank təqaüdçüsüyəm” adlı növbəti Təqaüd proqramına start verir. Proqramın əsas məqsədi gənclərin məlumatlılığını artırmaq, ölkənin gələcək inkişaf və nailiyyətlərinə töhfə verəcəkintellektual potensiallı və istedadlı şəxslərə dəstək olmaq, onları tanıtmaq və mükafatlandırmaqdan ibarətdir.
Layihədə Azərbaycan ali təhsil müəssisələrinin əyani şöbələrində, iqtisad yönümlü ixtisaslar (iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və s.) üzrə təhsil alan bakalavr pilləsinin III və IV kurs tələbələri iştirak edə bilərlər. Final müsahibələrin nəticələrinə görə bir il ərzində PAŞA Bankdan hər ay 100 AZN məbləğində təqaüd alacaq tələbələr seçiləcək.
Qeyd edək ki, PAŞA Bank Azərbaycanın Gənc Tələbə Təşkilatları İttifaqı ilə əməkdaşlıq çərçivəsində yerli universitetlərin istedadlı və ictimai sahədə fəal tələbələrini həvəsləndirmək, eləcə də, özəl və dövlət sektorları üçün güclü insan resurslarını təmin etmək və gələcək rəhbərlərin inkişafını möhkəmləndirmək məqsədini daşıyan təqaüd layihəsini 2012-ci ildən etibarən həyata keçirir. Təqaüd proqramının seçilməsində üstünlük yarışlarda və tələbə müsabiqələrində fəal şəkildə iştirak edən, ictimai fəaliyyətə cəlb olunan, o cümlədən, istər fərdi, istərsə də peşəkar baxımdan davamlı inkişafa can atan tələbələrə verilir və ən yaxşı tələbələri daha səylə işləməyə sövq etməklə yanaşı, onları ictimai baxımdan daha məsuliyyətli gələcək nəsli formalaşdırmağa töhfə verməyə həvəsləndirir.
Cavablandırılmalı sual vərəqəsi, müvafiq mövzular və ətraflı məlumat üçün ATGTİ-nin internet saytına istinad oluna bilər.
PAŞA Bank
Əmir Məmmədov
Korporativ Kommunikasiyalar Departamenti
Telefon: 012 496 5000
Elektron poçt ünvanı: [email protected]
Bank haqqında:
PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə dəkreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri.Baş ofis və6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 430çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "WorldFinance" tərəfindən "BestPrivate Bank inAzerbaijan"adınalayiq görülmüşdür.
PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqiolan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.