Azərbaycan nefti ucuzlaşıb | Banco.az

Azərbaycan nefti ucuzlaşıb

 Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,13 dollar və yaxud 0,27% azalıb.

Banco.az "Report"a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 48,08 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.