Layihə – müəyyən vaxt ərzində, tələb olunan büdcə daxilində gözlənilən nəticəyə çatmaq üçün həyata keçirilən işlərdir.
Layihənin gündəlik işlərdən fərqi onun konkret müddətlə bağlı olmasıdır. Layihənin həyata keçirilməsi üçün maliyyə resurslarından (büdcə) başqa, digər resurslar da müəyyən edilir. Bunlara insan resursları, fiziki və informasiya rersursları aiddir.
Layihəni xarakterizə edən əsas xüsusiyyətlər aşağıdakılardır:
– konkret müddət (başlanğıc və son)
– planın mövcudluğu
– ayrıca, layihəyə xas resurslar
– komanda işi
– məqsədlər
Layihələrin həyata keçirilməsi üçün digər vacib şərtlərlə bərabər maliyyə vəsaitinin tapılması və istifadəsi də önəmlidir. Hətta, əgər maliyyə vaəsaiti tapılarsa dab u vəsaitin qənaətlə istifadə olunmaması layihənin bitməsinə mane olacaqdır. Bəzən isə bu layihənin uğursuz nəticələnməsinə də səbəb ola bilər.
Bu günün ən əsas problemlərindən biri də layihələrin maliyyələşməsidir. Maliyyə mənbəyinin tapılmaması layihələrin başlamadan uğursuz nəticələnməsi deməkdir. Zaman sürətlə keçir, vaxtında layihənin maliyyələşdirilməməsi və bu səbəbdən layihənin gec reallaşdırılması belə layihədən gözlənən nəticənin aşağı düşməsinə səbəb ola bilər.
Layihənin reallaşdırılması üçün sponsor, yəni maliyyə təminatçısının tapılması şərtdir.
Digər bir yol isə banklardan əldə olunan kreditlərdir. Layihə krediti təklif edən banklar olduqca azdır. Çünki bu növ kreditlərdə faiz dərəcəsi olduqca aşağıdır.
Onların sırasına “AFB Bank” və “Bank of Baku” daxildir.
"AFB Bank" fərdi sahibkar və hüquqi şəxslərə 20 000 AZN-dən çox layihə krediti təklif edir. İllik faiz dərəcəsi isə 3,5% - 8% arasında dəyişir və 10 illik müddətədək verilir. Təminat forması kimi daşınmaz əmlak tələb olunur.
"Bank of Baku" isə iri layihələr üzrə kreditlər təklif edir ki, məbləğ 300000 (USD və ya AZN)-dən çoxdur. Faiz dərəcəsi 6-22 %, müddət isə 3 aydan 10 ilə qədərdir.
Göründüyü kimi, bu kreditlərdə məbləğ yüksək, faiz dərəcəsi aşağı olur. Yalnız kredit verilən zaman müştəri və onun layihəsi dəqiqliklə araşdırılır və sonda layihə etibarlı sayılarsa və bir çox şərtlər ödənərsə bank tərəfindən kredit verilməsi təsdiqlənir.