Hazırda Azərbaycanda 200 mindən artıq Kiçik və Orta Sahibkarlıq (KOS) subyelti fəaliyyət göstərir ki, onların 70%-i ticarət, xidmət və nəqliyyat sektorunun payına düşür. Banco.az "Report"a istinadən xəbər verir ki, bunu “Daşınar əmlakın yüklülüyü islahatı” tədbirində çıxış edən Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib. Z. Nuriyevin sözlərinə görə, hazırda Azərbaycandakı kos-ların əksəriyyəti girov kimi daşınmaz əmlaakdan istifadə edir:
"Hazırda Azərbaycanda olan KOS-ların mövcud aktivlərinin çox az hissəsi, təxminən 22%-i daşınmaz əmlakdan ibarətdir. Kreditorlar isə girov qismində daşınmaz əmlak tələb edir. Bu gün banklar və digər maliyyə institutuları tərəfindən qəbul edilmiş girovların 70%-dən çoxu daşınmaz əmlakdır".