SECO: Azərbaycanda kiçik və orta biznesin ÜDM-də payı azdır | Banco.az

SECO: Azərbaycanda kiçik və orta biznesin ÜDM-də payı azdır

Əksər ölkələrdə kiçik və orta sahibkarlıq (KOS) müəssisələrinin ümumi daxili məhsulda (ÜDM) payı 50-60% təşkil edir. Azərbaycanda isə bu nisbət azdır. 

Banco.az "Report"a istinadən xəbər verir ki, bunu İsveçrə İqtisadi Əməkdaşlıq Təşkilatının (SECO) Cənubi Qafqaz üzrə regional direktorunun müavini Simone Haeberli deyib.

Ən sərfəli kredit üçün müraciət et

O, bu barədə Bakıda keçirilən “Daşınar əmlakın yüklülüyü islahatı” mövzusunda tədbirdə çıxışı zamanı danışıb: "Mənim ölkəmdə KOS-un ÜDM-də payı 60%-dir. Həmçinin, işçilərin də 70%-i burada cəmlənib".