Azər Türk Bankın Bakı filialı gücləndirilmiş iş rejimində çalışacaq | Banco.az

Azər Türk Bankın Bakı filialı gücləndirilmiş iş rejimində çalışacaq

Müştərilərinin rahatlığını düşünən Azər Türk Bank Qurban bayramı günlərində də vətəndaşların xidmətində olacaq. Qeyri-iş günü olan 12-13 sentyabr tarixlərində vətəndaşlara bank xidmətlərinin yüksək səviyyədə təşkili məqsədilə Bankın Bakı şəhəri, 28 may küç., ev 64/75 ünvanında yerləşən Bakı filialı gücləndirilmiş iş rejimində çalışacaq. Müştərilər qeyd olunan tarixlərdə hər gün  səhər saat 10.00-dan saat 15.00-dək Bakı filialına müraciət edərək valyutadəyişmə əməliyyatı həyata keçirə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş"Azər Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.