Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirdiyi valyuta hərracında tələbat 330-340 mln. ABŞ dolları olub. Bu barədə Banco.az "Report"a istinadən xəbər verir.Hərraca çıxarılan valyuta isə bundan bir qədər az - 300 mln. dollar olub. Bunun 100 mln. dollarını AMB, 200 mln. dollarını isə ARDNF təmin edib.
Hərracın yekununda kommersiya banklarının cari tələbatı təxminən 10-13% kəsirlə təmin olunub və satışa çıxarılan valyuta kütləsi tam həcmdə realizə edilib. ABŞ dollarının satış məzənnəsinin yuxarı həddi 1,6444 AZN/USD olub. Qeyd edək ki, əvvəlki hərraclarla müqayisədə kommersiya banklarının dollara tələbatı təxminən iki dəfə azalıb.