Azərbaycanda vergi daxilolmaları 5% azalıb | Banco.az

Azərbaycanda vergi daxilolmaları 5% azalıb

Bu ilin yanvar-avqust aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 351 970 000 manat vəsait daxil olub.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% azdır.

Hesabat dövründə proqnoz tapşırığına 100,3% əməl edilib. 8 ay ərzində qeydə alınmış vergi ödəyicilərinin sayı isə 75 806 olub.