Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 239 mln. manat kompensasiya ödənilib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 239 mln. manat kompensasiya ödənilib

 Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilmiş 9 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 239,042 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 21,933 mln. manat, “Zaminbank” ASC-nin qorunan əmanətçiləri 40,581 mln. manat, “Kredobank” ASC-nin qorunan əmanətçiləri 16,434 mln. manat, “Dekabank” ASC-nin qorunan əmanətçiləri 2,758 mln. manat, “Atrabank” ASC-nin qorunan əmanətçiləri 11,097 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçiləri 1,514 min manat, “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçiləri 24,091 mln. manat, “Gəncəbank” ASC-nin qorunan əmanətçiləri 926 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri isə 119,709 mln. manat kompensasiya alıblar.