Dünyanın ən varlı 10 bankı (Siyahı) | Banco.az

Dünyanın ən varlı 10 bankı (Siyahı)

Nağd pul axınlarının ən çox olduğu sektoru soruşsaq, yəqin hamınız bank sahəsini deyərsiniz. 

Demək olar ki, bu günə qədər bir çoxlarımızın yolu banklara düşüb. Dövrümüzdə bankların qazancları heç də az deyil. Banklar dünya maliyyə bazarının böyük hissəsini əllərində tuturlar.

Bu gün sizlər üçün hazırladığımız siyahıda dünyanın ən zəngin 10 bankını əks etdirmişik. Bu banklara birlikdə nəzər yetirək:

10. Commonwealth Bank Avstraliya

131.530 Milyard Dollar

1911-ci ildə yaranan Commonwealth Bank Avstraliya, Avstraliyanın ikinci böyük özəl şirkəti olub, siyahıda 10-cu yerdə yerləşir.

9. Bank of China

115.920 Milyard Dollar

Bu bank, 1912-ci ildə Çin İperatorluğu Bankının yerinə yaradılmışdır.

8. Çin Ziraat Bankı

126.410 Milyard Dollar

Çin Ziraat Bankı, Çinin ən çox kredit verən banklarından biridir.

7. Citigroup

144.630 Milyard Dollar

Siyahıda Nyu-York Manhattanda yerləşən ikinci bankdır, maliyyə böhranı dövründə itkilərlə üzləşsə də sonrakı dövrdə inkişaf edərək bazar dəyərini artırdı. 

6. China Construction Bank

160.830 Milyard Dollar

Ən sərfəli kredit üçün müraciət et

China Construction Bank, Çinin ikinci böyük bankıdır. Çinin ikinci ən böyük xalqa xidmət bankı seçildikdən sonra gəlirləri sürətlə artmağa başladı.

5. Bank of America

181.770 Milyard Dollar

Bu bank dəyərinə görə Amerika bankları arasında ikinci, şirkətləri arasında isə 21-ci yerdədir.

4. HSBC Holding

191.430 Milyard Dollar

HSBC Holding, mərkəzi Londonda yerləşən İngilis bankıdır. Bütün dünyada 7000 şöbəsi, 125 milyon müştərisi var.

3. Çin Sənaye ve Ticarət Bankı

196.210 Milyard Dollar

Bank, Çinin ən böyük 4 bankı içində birinci yeri tutur, xidmətin həcmi bu bankda rekord həddədir.

2. JPMorgan Chase

229.900 Milyard Dollar

JP Morgan Chase & Co, Chase Manhattan Corporation ve JP Morgan&Co. arasında əməkdaşlıqdan yaranan ən varlı beynəlxalq maliyyə və bank xidmətmətləri göstərən bankdır.

1. Wells Fargo

261.720 Milyard Dollar

Ən varlı banklar siyahısında birinci yeri tutan Wells Fargo, holding şirkətidir və beynəlxalq miqyasda bank xidmətləri ilə məşğul olur.