Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 232 mln. manat kompensasiya ödənilib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanda bağlanmış 9 bankın əmanətçilərinə 232 mln. manat kompensasiya ödənilib

 Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilmiş 9 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 232,345 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 21,211 mln. manat, “Zaminbank” ASC-nin qorunan əmanətçiləri 37,168 mln. manat, “Kredobank” ASC-nin qorunan əmanətçiləri 15,931 mln. manat, “Dekabank” ASC-nin qorunan əmanətçiləri 2,659 mln. manat, “Atrabank” ASC-nin qorunan əmanətçiləri 9,371 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçiləri 1,419 min manat, “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçiləri 24,061 mln. manat, “Gəncəbank” ASC-nin qorunan əmanətçiləri 896 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri isə 119,63 mln. manat kompensasiya alıblar.