Bağlanmış bankların əmanətçilərinə kompensasiya ödənilib | Banco.az

Bağlanmış bankların əmanətçilərinə kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilmiş 9 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 226,04 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 21,181 mln. manat, “Zaminbank” ASC-nin qorunan əmanətçiləri 37,112 mln. manat, “Kredobank” ASC-nin qorunan əmanətçiləri 11,948 mln. manat, “Dekabank” ASC-nin qorunan əmanətçiləri 2,659 mln. manat, “Atrabank” ASC-nin qorunan əmanətçiləri 7,35 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçiləri 1,231 min manat, “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçiləri 24,061 mln. manat, “Gəncəbank” ASC-nin qorunan əmanətçiləri 896 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri isə 119,604 mln. manat kompensasiya alıblar. 

Ən sərfəli kredit üçün müraciət et