Plastik kartlar və ya ödəmə kartları - vəsait ödəniməsində istifadə edilən "elektron pul"lardır. Müasir dövrdə demək olar ki, hər kəsin ehtiyac duyduğu bu kartların istifadəsi zaman keçdikcə artır. Bu kartlar vasitəsi ilə biz, həm nağd, həm də nağdsız ödənişlər edirik.
Belə kartlar müştərilərə müxtəlif valyutalarda təklif olunur və ödənişlərinizi hansı valyutada həyata keçirirsinizsə həmin valyutada plastik kart almağınız daha məqsədəuyğundur.
Lakin, bankların müxtəlif plastik kartlarına sahib olan müştərilər hər zaman kartın valyutası ilə eyni valyutada əməliyyatlar həyata keçirmirlər. Bəzən pul ödənişlərinin digər valyutalarda edilməsi tələb olunur.
Bu zaman biz əlave olaraq haqq ödəməliyikmi?
Bəli.
Banklar kartın valyutasından kənar valyuta ilə əməliyyat edən zaman özlərinin müəyyən etdiyi konvertasiya haqqını sizin vəsaitinizdən çıxırlar. Biz isə, bu əməliyyatlar zamanı hər bankın tutduğu konvertasiya haqqını araşdırdıq.
Əgər sizin plastik kartınız xarici valyutasındadır və siz AZN valyutasında nağd və nağdsız ödənişlər etmək istəyirsinizsə, onda cədvəllə yaxından tanış olun. Burada hər bir bankın bu əməliyyatlar üçün konvertasiya haqqı qeyd olunmuşdur:
Bank |
Ölkədaxili |
Ölkəxarici |
||
Online |
Nağd |
Online |
Nağd |
|
AccessBank |
1% |
1% |
1% |
1% |
AFB Bank |
0,5% |
0,5% |
0,5% |
0,5% |
AGBank |
1% |
1% |
1% |
1% |
Amrahbank |
0,5% |
0,5% |
0,5% |
0,5% |
Atabank |
0,5% |
0,5% |
0,5% |
0,5% |
Azər Türk Bank |
0,5% |
4% |
0,5% |
4% |
Bank BTB |
0,5% |
0,5% |
- |
- |
Bank of Baku1 |
- |
- |
- |
- |
Bank Respublika |
0,5% |
0,5% |
0,5% |
0,5% |
Bank Silk Way |
0,5% |
0,5% |
0,5% |
0,5% |
Bank Standard |
0,5% |
0,5% |
0,5% |
0,5% |
Beynəlxalq Bank |
1,5% |
1,5% |
1,5% |
1,5% |
Caspian Development |
4% |
4% |
4% |
4% |
Dəmirbank |
0,5% |
4% |
0,5% |
4% |
Expressbank2 |
- |
- |
- |
- |
Kapital Bank |
0,5% |
5% |
0,5% |
5% |
Muğanbank |
2% |
2% |
2% |
2% |
NBC Bank |
2% |
2% |
2% |
2% |
Paşa Bank3 |
- |
- |
- |
- |
Rabitəbank |
0,5% |
0,5% |
0,5% |
1,5% |
Turanbank |
4% |
4% |
4% |
4% |
Unibank |
0,5% |
3,5% |
0,5% |
3,5% |
VTB Bank Azərbaycan |
0,5% |
0,5% |
0,5% |
0,5% |
Xalq Bank |
0,5% |
0,5% |
0,5% |
0,5% |
1. "Bank of Baku"nun plastik kartları ilə digər valyutalarda əməliyyatlar edərkən heç bir konvertasiya haqqı tutulmur, yalnız, konvertasiya bankın daxili valyuta məzənnəsinə əsasən aparılır.
2. "Expressbank" xarici valyutada olan kartlarla yerli valyutada əməliyyatlar apararkən heç bir konvertasiya haqqı tutmur.
3. "Paşa Bank"a məxsus xarici valyutada olan plastik kartlarla AZN valyutasında əməliyyatlar apararkən konvertasiya haqqı tutulmur.
"Bank BTB"ə məxsus plastik kartlarla ölkəxaricində əməliyyatlar aparmaq mümkün deyil.
Qeyd edək ki, "Bank of Baku"dan başqa digər banklarda konvertasiya Mərkəzi Bankın valyuta məzənnəsinə uyğun aparılır.
Yerli valyutada olan kartlarla xarici valyutada əməliyyatlar apararkən bankların müəyyən etdiyi konvertasiya haqqını bilmək istəyirsinizsə buraya daxil olun.